Modern.az

Gəncədə kütləvi dava: 2 nəfər bıçaqlandı

Gəncədə kütləvi dava: 2 nəfər bıçaqlandı

26 Aprel 2017, 23:23

Gəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Bir neçə nəfərin dalaşması nəticəsində Göygöl rayon sakinləri, 1996-cı il təvəllüdlü Qurbanlı Aqil Eynar oğlu qarın nahiyəsindən və onun həmyaşıdı Hüseynov Vaqif Nizami oğlu qolundan bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi