Modern.az

İran Pakistan sərhədində silahlı toqquşma: 10 ölü

İran Pakistan sərhədində silahlı toqquşma: 10 ölü

26 Aprel 2017, 23:46

İranın Sistan və Bəluçistan əyalətində Pakistanla sərhəddə sərhəd polisi və silahlı qruplaşma arasında silahlı insident baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, sərhəd polisi və silahlılar arasında baş verən atışma nəticəsində 10 İran sərhədçisi ölüb, 3-ü yaralanıb.

Silahlıların itkisi barədə məlumat verilmir.  İran polisinin məlumatına görə, sərhədçilər Pakistan ərazisindən atəşə tutulub. Hazırda hadisə yerində tədqiqat aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi