Modern.az

Tailandda qasırğa xəbərdarlığı

Tailandda qasırğa xəbərdarlığı

Aktual

27 Aprel 2017, 00:14

Tailand meteorologiya departamenti 27-30 aprel tarixlərində ölkənin şimal, şimal-şərq və şərq əyalətləri üçün qasırğa xəbərdarlığı verib. Modern.az "Trend"ə istinadən xəbər verir ki, meteoroloqlar bu günlər ərzində güclü küləyin olacağını, leysan və dolu yağacağını proqnozlaşdırır. Metroloqlar yerli sakinləri, eləcə də turistləri yarımçıq tikililərdən və hündür ağaclardan uzaq durmağa çağırır.

Paytaxt Banqkok üçün də 28-30 aprel tarixlərində qasırğa xəbərdarlığı verilib.

Ölkənin mərkəzi hissəsində isə artıq qasırğa fəsadlara səbəb olub. Nakhon Ratçasima əyalətində 300-ə yaxın yaşayış evi güclü külək və doludan ziyan çəkib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir