Modern.az

Milli Məclisin deputatları hansı elmi adlara malikdirlər? (III yazı)

Milli Məclisin deputatları hansı elmi adlara malikdirlər? (III yazı)

Parlament

20 Aprel 2011, 14:25

Azərbaycanda hər il elmi dərəcə alanların sayının artdığını nəzərə alaraq deyə bilərik ki, indi elmi dərəcə almaq hər bir ali təhsilli üçün əlçatan olub. O cümlədən də Milli Məclisin deputatları üçün. Modern.az saytı Milli Məclisin deputatlarının hansı elmi adlara malik olduğunu araşdırır. Ötən həftələrdə parlamentin Mədəniyyət və Aqrar siyasət komitələrinin üzvü olan deputatlardan kimlərin elmi ada malik olduğunu araşdırıb oxuculara məlumat vermişdk.
Bu dəfə Milli Məclisin Sosial siyasət komitəsinin üzvlərinin hansı elmi ada sahib olduqlarını öyrənməyə çalışdıq.

Qeyd edək ki, Sosial siyasət komitəsi 11 deputatdan ibarətdir. Komitənin sədri Hadi Rəcəbli, sədr müavini isə Musa Quliyevdir. Komitənin üzvləri Elmira Axundova, Hikmət Atayev, Məlahət İbrahimgızı, Rauf Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Yaqub Mahmudov, İlham Məmmədov və Əhliman Əmiraslanovdur.

Modern.az saytının araşdırması zamanı məlum olub ki, komitənin sədri Hadi Rəcəbli elmi titula malikdir, o, siyasi elmlər doktorudur. Sədrin müavini də elmi ad daşıyır, Musa Quliyev tibb elmləri namizədidir.
Komitə üzvlərindən də elmi titulu olanlar var. Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov tibb elmləri doktorudur,
Deputatlar Yaqub Mahmudov tarix elmələri doktoru, Məlahət İbrahimgızı tarix elmləri namizədidir.
Komitə üzvləri Elmira Axundova, Hikmət Atayev, Rauf Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, İlham Məmmədovun isə elmi adları yoxdur.

Sırada digər komitənin üzvləridir...

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır