Qara dənizdə Rusiyaya məxsus hərbi gəmi yük gəmisi ilə toqquşub.
Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hadisə Türkiyə sahilindən 29 kilometr məsafədə baş verib.
Qəza yerinə Türkiyənin sahil-mühafizə xidmətinin xilasediciləri cəlb edilib.
Son məlumata görə, 45 rusiyalı hərbçini xilas etmək mümkün olub. Hazırda daha 15 nəfərin axtarışları davam edir.
Modern.az