Modern.az

Parlament korrupsiya ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik etməyə hazırlaşır

Parlament korrupsiya ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik etməyə hazırlaşır

20 Aprel 2011, 16:22

Prezident İlham Əliyevin parlamentə göndərdiyi qanun layihəsində bu tip cinayətlərin subyektlərinin dairəsini genişləndirmək təklif edilib
Milli Məclis Prezident İlham Əliyev tərəfindən Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi təklifinin yer aldığı qanun layihəsini müzakirə etməyə hazırlaşır. Bu barədə Modern.az-a etibarlı mənbələrdən məlumat daxil olub. İlk olaraq aprelin 26-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında qanun layihəsi deputatların müzakirəsinə çıxarılacaq.  

Modern.az saytının məlumatına görə, dövlət başçısı tərəfindən Milli Məclisə təqdim olunan layihə korrupsiya cinayətləri subyektlərinin dairəsini genişləndirməyi, rüşvət alma və rüşvət vermə, o cümlədən nüfuz alveri cinayətlərinin tərkiblərinin genişləndirilməsini nəzərdə tutur.

Azərbaycan Prezidentinin Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi barədə digər qanun layihəsi bu ilin fevralında Milli Məslisə təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin iqtisadi inkişafına mane olan bəzi neqativ halların aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər barədə tapşırıqlar verilib. Bu məqsədlə bürokratik əngəllərin aradan qaldırılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin daha da ciddi aparılması üçün bir sıra qanunvericilik, institusional və praktiki tədbirlər görülüb.
Bu ilin mart ayında bir neçə qanun layihəsi, o cümlədən Prokurorluq və Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunlara dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisə göndərilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar