Modern.az

Vəkil: “Lapşinin müalicəsi davam etdirilir”

Vəkil: “Lapşinin müalicəsi davam etdirilir”

27 Aprel 2017, 17:44

Bakıda həbsdə olan bloqer Alenksandr Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq təcridxanasının tibb məntəqəsində vəkili ilə görüşüb. Bu barədə Trend-ə açıqlamasında A.Lapşinin vəkili Eduard Çernin məlumat verib.

 

Onun sözlərinə görə, A.Lapşin hazırda tibb məntəqəsində müalicə olunur: "Müalicələri davam etdirilir, özünü normal hiss edir, vəziyyətində kəskinləşmə yoxdur. Lapşin həmçinin müstəntiqlə də görüşdü və istintaq materialları ilə tanış oldu. İstintaq barədə müstəntiq Lapşindən lazım olan məlumatları soruşdu. Hələ ki, istintaq davam edir, yaxın günlərdə istintaqın yekunlaşması gözlənilmir".

 

Vəkil bildirib ki, A.Lapşinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmək fikri yoxdur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi