Modern.az

Bakı Atatürk Liseyinin şagirdləri hərbçilərlə görüşdülər  

Bakı Atatürk Liseyinin şagirdləri hərbçilərlə görüşdülər   

27 Aprel 2017, 17:46

Bu gün Bakı Atatürk Liseyinin şagirdləri hərbçilərlə görüşüb.

 

Modern.az  bildirir ki, liseyin direktoru Hüseyn Dəmirəl, belə görüşlərin əhəmiyyətli və tez-tez keçirildini vurğulayıb.

 

Xəzər rayonu Qala qəsəbəsində keçirilən tədbirin açılışı Azərbaycan və Türkiyə himninin  səslənməsilə başlayıb. Bundan sonra “Mehtər” marşının müşayiətilə şagirdlərin təmtəraqlı yürüşü izlənilib.

 

Atatürk Liseyinin “23 aprel uşaqlar günü komitəsinin“ rəhbəri Zeliha Bilen Abdullayeva görüşlə bağlı fikirlərini bölüşüb:

“Şagirdlərimiz 3 aydır ki (dərsdən əlavə qalan vaxtlarda) bu tədbirə hazırlaşır. “Mehtər” komandamız 6 mahnı ilə çıxış edəcək. Tədbirimizin məqsədi, əsgərlərimizə olan təşəkkür borcumuzu uşaqlar vasitəsilə çatdırmaqdır”.

Zeliha Abdullayeva onu da qeyd edib ki, belə tədbirlər Atatürk Liseyi tərəfindən tez-tez təşkil olunur.

 

Daha sonra şagirdlər Hərbi Hava Qüvvələri ilə tanış olublar. Məşq qurğuları mərkəzinin rəisi, mayor Rüstəm Cəfərov təyyarələrlə bağlı ibtidai bilikləri şagirdlərlə bölüşüb. O bildirib ki, burada olan sistemlər təcrübəsiz təyyarəçi heyətin məşq etməsi üçün nəzərdə tutlub.

 

Sonda Atatürk Liseyinin şagirdləri əsgərlərimizə Azərbaycan-Türkiyə bayraqları hədiyyə ediblər.

 

Məcid Əmirov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir