Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Göygöl rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb.
ANAMA-dan Modern.az-a verilən məlumata görə, Göygöl rayonunun Aşağı Zurnabad kəndində su arxının kənarına baxış keçirilib, 1 ədəd 120 mm-lik 3OF-49 modelli top/minaatan mərmisi (NONA) aşkar olunaraq daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib, nəticə etibarilə 400 kv.m ərazi yoxlanılıb.
Modern.az