Rusiya prezidenti Vladimir Putin ölkədə rəsmi olaraq 2 milyon insanın narkoman olduğunu deyib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezidentin fikrincə, yeniyetmələr arasında narkomanların sayı 60% artıb.
“Ölkədə narkomanların sayı 600 min nəfərdir. Son 5 ildə bu rəqəm ciddi formada dəyişməyib. Rəy sorğuları gündəlik 7,5 milyon insanın narkotik qəbul etdiyini bildirib. Onların 2 milyon nəfəri narkotiki müntəzəm qəbul edir”.
Vüqar İSMAYILOV