Modern.az

Bakıda narkotik alverində təqsirləndirilən erməniyə 8 il cəza verildi  

Bakıda narkotik alverində təqsirləndirilən erməniyə 8 il cəza verildi   

28 Aprel 2017, 17:41

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Ueldanov 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı M.Ueldanov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü(Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə cinayət işi açılıb.

Erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir