Modern.az

Əfqanıstanda İŞİD, Yəməndə “Əl-Qaidə” lideri MƏHV EDİLİB

Əfqanıstanda İŞİD, Yəməndə “Əl-Qaidə” lideri MƏHV EDİLİB

28 Aprel 2017, 22:12

“Keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının Əfqanıstan özəyinin liderinin məhv edildiyi ehtimal edilir”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

Ceff Devis bildirib ki, əməliyyatda 50 ABŞ xüsusi təyinatlısı və 40 əfqan hərbçisi iştirak edib: “Əməliyyatın hədəfində İŞİD-in Əfqanıstandakı əmiri Əbdül Xasib olub. Onun öldüyünü hələ ki, təsdiq edə bilmərik, lakin məhv edildiyi ehtimal edilir”.

Onun sözlərinə görə, ABŞ hərbçiləri Yəməndə “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər: “Aprelin 23-də hava zərbəsi nəticəsində “Əl-Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?