Modern.az

Milyonçu 10 yaşlı yoxsul qızın ailəsinə  3 otaqlı mənzil bağışladı  

Milyonçu 10 yaşlı yoxsul qızın ailəsinə  3 otaqlı mənzil bağışladı   

28 Aprel 2017, 22:16

Almatalı biznesmen Kayrat Kudaybergen Aktobe şəhərində evləri yanmış 10 yaşlı qızın müraciətinə səs verərək, onun ailəsinə 3 otaqlı mənzil bağışlayıb.

Modern.az saytı Qazaxıstan mediasına istinadən xəbər verir ki, biznesmen dostlarını daha 74 ailəyə mənzil bağışlamaq üçün hərəkətə keçməyə səsləyib. O, bu xeyirxah işə qazaxıstanlı sahibkarları qoşulmağa çağırıb.

"Mən bütün dostlarımı, ölkəmizin bütün iş adamlarını bu təşəbbüsə qoşulmağa çağırıram. Daha 74 ailə var ki, onlar çətin vəziyyətdirlər və köməyə ehtiyac duyurlar. Əgər imkanınız varsa, gəlin kömək edək", - deyə sahibkar müraciət edib.

10 yaşlı Məhəbbət Еşimova Aktobe şəhərindəki evlərini güclü sel dağıdandan sonra göz yaşları içində ölkə hakimiyyətinə müraciət edərək, kömək istəmişdi. Onun emosional videomüraciəti internetdə izləyici sayına görə rekord qırıb.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?