Modern.az

Yenə at əti tutuldu - FOTOLAR

Yenə at əti tutuldu - FOTOLAR

29 Aprel 2017, 16:29

Bərdə Rayon Baytarlıq İdarəsinin və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi əraziyə baxış keçirilib.

 

Bu haqda Modern.az-a Dövlət Baytarlıq Xidmətindən məlumat verilib.

 

Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, şaqqalara ayrılmış 1 baş at cəmdəyi və heyvan kəsimi üçün lazım olan ləvazimatlar aşkar olunub.

Aşkar edilmiş, şaqqalara bölünmüş hissələrdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

 

Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi ərazidə  aşkar edilən ümumi çəkisi 125 kq olan at cəmdəyi isə müayinələr başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

 

Bu son zamanlar Bərdə rayonunda aşkarlanan 3-cü belə hadisədir.

 

Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

 

Modern.az

 

 

           

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?