Modern.az

Türkiyə NATO-nun vacib üzvüdür

Türkiyə NATO-nun vacib üzvüdür

Aktual

29 Aprel 2017, 22:39

“Türkiyə NATO-nun vacib üzvüdür. Türkiyə NATO-nun Əfqanıstanda, Kosovoda və dünyanın digər bölgələrində missiyalarının həyata keçirilməsinə misilsiz töhfə verir”. Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.

Baş katibin sözlərinə, NATO Türkiyə olmadan zəif görünər: “Türkiyə bir çox səbəblər üzündən NATO-nun vacib müttəfiqidir. Bu, xeyli dərəcədə Türkiyənin coğrafi yerləşməsi və hərbi potensialı ilə bağlıdır. Ən azından Türkiyə qarşıdurma və toqquşmalar davam edən Suriya və İraqla həmsərhəddir".

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı