Modern.az

Deputat: "Dövlət qulluğuna qəbul zamanı buna ehtiyac var..."

Deputat: "Dövlət qulluğuna qəbul zamanı buna ehtiyac var..."

21 Aprel 2011, 11:52

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarından sonra müsahibənin aparılması məsələsinə münasibət birmənalı deyil. Bəzi müşahidəçilər hesab edir ki, müsahibə artıqdır və əngəlləyici bir faktor rolunu oynayır. Amma bunun əksini deyənlər də var.

Məsələyə Milli Məclisin Elm və təhsil komissiyasının üzvu Əhməd Vəliyev münasibət bildirib. Millət vəkili Modern.az-a açıqlamasında deyib ki, dünyanın bir çox ölkəsində testdən sonra müsahibə məsələsi də gündəmdədir: “Məsələn, dünyanın elə nüfuzlu tanınan universitetləri var ki, artıq onların məzunlarından müsahibə keçirmək düzgün deyil və dünyanın hər bir yerində onlar müsabiqəsiz işə qəbul olunurlar. Ancaq tanınmayan elə ali təhsil müəssisələri var ki, burada testdən əlavə müsahibəyə də ehtiyac var.”

Millət vəkili bunu həmin işə qəbul olunan şəxsin biliyi ilə yanaşı, onun təşkilati, dövlət qulluğuna uyğun gəlib-gəlməməsi davranış məsələlərinin aydınlaşdırması ilə əlaqələndirir. Deputat hesab edir ki, bu məsələyə böyük ehtiyac var və müəyyən vaxt keçdikdən sonra buna Azərbaycanda da ehtiyac olmayacaq.  

Ə.Vəliyev qeyd edib ki, bəzən ən savadlı müəllim belə, öz fənnini lazimi şəkildə tədris edə bilmir. “Bu da onun danışıq qabiliyyətinin zəif olması ilə bağlı olur”-deyən deputat indiki durumda Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı müsabiqələrin test və müsahibə formasında keçirilməsinə ehtiyac olduğunu bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi