Modern.az

Prezident “Gənclər Fondu” ideyasını dəstəkləyib

Prezident “Gənclər Fondu” ideyasını dəstəkləyib

21 Aprel 2011, 18:49

İlham Əliyev gənclərin sosial problemləri ilə bağlı bir sıra tapşırıqlar verib

Bu gün Azərbaycan Prezidenti bir qrup gənci qəbul edib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şuranın (ARGTMŞ) sədri, millət vəkili Fuad Muradov da dövlət başçısıın qəbul etdiyi gənclər  arasında olub.

Modern.az saytına açıqlamasında deputat bildirib ki, bu görüş Azərbaycan gənclərinin çoxdan gözlədiyi, faydalı və maraqlı bir  görüş olub:

“Görüşdə  “2011-2015-ci il  Dövlət Gənclər Proqramı”ın işçi qrupunun üzvləri və müxtəlif sahədə çalışan 25 yaşına qədər olan gənclər iştrak edirdi. Cənab Prezidentin çox səmimi şəkildə gənclərin problemlərinə fikir bildirməsi əlamətdar bir hadisə idi. Görüşdə elə bir sahə olmadı ki, dövlət başçısı fikir bildirməsin. Görüş zamanı çox müxtəlif fikirlər, təkliflər səsləndirildi. Düşünürəm ki, bununla bağlı geniş məlumat veriləcək. Sadəcə, özümün irəli sürdüyüm fikirlər barədə deyə bilərəm. Cənab Prezident öz çıxışlarında bunu vurğuladı ki, Azərbaycanda “Gənclər Fondu”nun yaranması qanunvericilikdə var. Bu istiqamətdə işçi qrupun üzvləri təkliflərini hazırlayıb müvafiq instansiyaya göndərməlidir. Qeyd edim ki, bununla bağlı bizim təkliflərimiz hazırdır. Mən bunu işçi qrupuna təqdim edəcəyəm. Gənclərin ipoteka krediti ilə mənzil almaq imkanına toxunuldu. Prezident də öz çıxışında bu məsələni xüsusi vurğuladı”.

Deputat çıxışında bildirib ki, Azərbaycanın iqtisadi inkşafı göz qabağındadır: “Azərbaycan yenidən tikilir və təbii ki, ipoteka şərtlərində yazılan sosial ipoteka ilə bağlı məbləğ - 35 min manat indiki reallığa uyğun deyil. İlkin ödəniş hissəsi yüksək olduğuna görə gənclərin bunu ödəməkdə müəyyən problemləri olur. Sosial ipotekanı qaytarmağa hərbiçilərin, elm işçilərinin gücü çatmır. Cənab Prezident “Dövlət Gənclər Proqramı”na bu təkilifin də salınmasını tapşırdı”.

Deputatın növbəti təklifi gənc ailələrin “Skandinaviya modeli”ndən yararlanaraq onların evlə təmin olunması ilə bağlı olub: “Bu istiqamətdə  səslənən  fikirlər də çox müsbət qarşılandı. Cənab Prezident bu istiqamətdə işin davam  etdirilməsini tapşırdı. Biz məsələni bu yaxınlarda parlamentə çıxaracağıq. Bu ideyanın üzərində 2005-ci ildən işləyirik. Bundan əlavə, çox müxtəlif və maraqlı təkliflər oldu. Bununla bağlı rəsmi məlumat veriləcək".

F. Muradov qeyd edib ki, gənclərin vətənpərvərlik hazırlılğı ilə bağlı Prezident tərəfindən çox ciddi tapşırıqlar verilib. “Prezident bildirdi ki, bu gün Azərbaycan gənclərinin bir nömrəli vəzifəsi ərazi bütövlüyümüz, Azərbaycan reallıqlarının düzgün şəkildə dünya çapına çıxarılmasıdır. Hesab edirəm ki, bu istiqamət çox vacibdir”.

Daha sonra  Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Prezident vurğulayıb ki, Dağlıq Qarabağın müstəqillik məsələsi müzakirə predmeti ola bilməz. Bu, yalnız beynəlxalq hüquq çərçivəsində həyata keçirilə bilər.

"“Dövlət Gənclər Proqram”ında işçi qrup çərçivəsində iki saata yaxın görüş oldu. Burada çoxlu ideyalar səsləndi və hər təkliflə bağlı Prezidentin də fikiri, tapşırığı oldu. Prezident vurğuladı ki, Azərbaycan gəncləri daim diqqət mərkəzindədirlər və hökümət, dövlət bu istiqamətdə lazım olan addımları atmağa hazırdır”-deyə F.Muradov bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı