Modern.az

Deputat: "İslahatlar davamlı olacaq..." (FOTOLAR)

Deputat: "İslahatlar davamlı olacaq..." (FOTOLAR)

Parlament

22 Aprel 2011, 11:15

Aprelin 21-də deputat Novruz Aslanov rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovla İsmayıllının Hacıhətəmli kəndində sakinlərlə növbəti görüşünü keçirib. Görüşdə 200 nəfərdən çox sakin, yerli təşkilat və müəssisə rəhbərləri iştirak edib.

Görüşü İcra Hakimiyyətinin başçısı açaraq rayonda gedən quruculuq işləri barədə geniş söhbət açıb. Novruz Aslanov da öz növbəsində republikada nail olunan sosial-iqtisadi inkişafdan, regionlarda həyata keçirilən uğurlu tədbirlərdən danışıb. Bu inkişafın, xüsusilə sosial sahədə aparılan islahatların davamlı olacağını bildirən millət vəkili sakinlər tərəfindən qaldırılan məsələlərin yaxın gələcəkdə həll ediləcəyini qeyd edib. 

Sonra söz çıxış üçün sakinlərə verilib. Kənd ağsaqqalı Ağa Ağayev camaatın mal-qarasının suya olan ehtiyacını bildirib və sovet dönəmindən yığılıb qalmış əmanətlərin qaytarılmasını xahiş edib. Nağı Abdullayev kəndə təbii qazın verilməsinə görə sakinlər adından təşəkkürünü bildirib və kənd arası elektrik dirəklərinin dəyişdirilməsinə ehtiyac olduğunu vurğulayıb. Şəhid anası Zibeydə Məmmədova kənd orta məktəbinə şəhid oğlunun adının verilməsini xahiş edib.

Digər çıxış edənlər də respublikada həyata keçirilən tədbirləri bəyəndiklərini və dövlətin uğurlu siyasətini dəstəklədiklərini bildiriblər.

Məlumat üçün bildirək ki, rayonun bütün kəndlərində səyyar görüşlər keçirmək nəzərdə tutulub.
Deputat qərargahından bildirilib ki, N.Aslanovun təşəbbüsü ilə keçirilən belə görüşlər sakinlərin problemlərinin həllində əhəmiyyətli rol oynayır. Məsələlərin bir çoxu yerindəcə həllini tapır.

 

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı