Modern.az

Deputat özəl sektoru ittiham etdi

Deputat özəl sektoru ittiham etdi

22 Aprel 2011, 17:37

“Təəssüflər olsun ki, bu gün bəzi şirkətlər QHT-lərə verdikləri layihələrdə yalnız 1 şərt irəli sürürlər: Nə edirsiniz edin, bizi təbliğ edin, bizim reklamımızı aparın”. Modern.az saytının məlumatına görə, bu fikirləri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Şura sədri təəssüflə qeyd edib ki, dəfələrlə QHT-lərin bununla bağlı öz fikirlərini özəl sektorlara çatdırmalarına baxmayaraq, bu sektor üçün sosial sərmayə anlayışı, sosial sərmayə prinsipi, vətəndaş cəmiyyətinin inkişafı tamamilə arxa plandadır: “Hesab edirəm ki, bununla bağlı çox ciddi işlər görülməlidir”.

Millət vəkilinin sözlərinə görə, artıq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərlə Dövlət Dəstəyi Şurası bununla bağlı “Korporativ Sosial Məsuliyyət” haqqında qanun layihəsi hazırlayır. Şura bununla əlaqədar Prezident Administrasiyasını da məlumatlandırıb. Hazırda Şura bu istiqamətdə fəaliyyətini koordinasiya edir.

A.Quliyev deyib ki, Milli Məclisin də diqqəti bu məsələyə cəlb edilib: “Düşünürəm ki, “Korporativ Sosial Məsuliyyət” qanununun hazırlanması çox önəmlidir. Belə bir qanunun qəbulu sözügedən problemin hüquqi həllinə gətirib çıxara bilər. Həqiqətən də bu gün ölkədə özəl sektorun vətəndaş cəmiyyətinin inkişafında payı çox azdır. Bəlkə də bu, sıfırın altındadır”. Şura sədri vurğulayıb ki, aparılan müşahidələr və tədqiqatlar onu deməyə əsas verir ki, irimiqyaslı, əhəmiyyətli proqramlar özəl sektor tərəfindən dəstəklənmir.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər