Modern.az

Proletariatın böyük babası

Proletariatın böyük babası

İqtisadiyyat

22 Aprel 2011, 18:35

Aprelin 22-si sosializmin banisi, tarixdə ilk fəhlə-kəndli dövlətinin yaradıcısı SSRİ-nin qurucusu və ilk rəhbəri Vladimir İliç Leninin doğum günüdür

Kommunist Partiyasının, sosializm sisteminin və Sovet İttifaqının qurucusu Vladimir İliç Lenin (həqiqi soyadı Ulyanov) 22 aprel 1870-ci ildə Simbirskdə doğulub. O, tarixdə Çar Rusiyasında ağır şəraitdə yaşayan xalqların sinfi ayrı-seçkiliyin olmayacağı, bütün xalqların sülh bə bərabərlik içində yaşayacağı bir dövləti qurmaq üçün kommunist partiyasını yaratdı və 1917-ci ildə Oktyabr inqilabı sonucu tarixin fəhlə-kəndli hökumətinin idarə etdiyi ilk və ən böyük dövlətini yaradan şəxsiyyət kimi qalır.

Leninin inqilabi fəaliyyətə başlaması

Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun- İlya Nikolayeviç Ulyanovun ailəsində anadan olub. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olub. Leninin ailəsi çoxmillətli olub və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir- çuvaş, kalmık, rus, alman, yəhudi, isveç.

1879-1887-ci illərdə təhsil aldığı Simbir gimnaziyasını qızıl medalla qurtarıb. Daha sonra Kazan Universitetinin Hüquq fakultəsinə daxil olub. Tələbə hərəkatlarında iştirak etdiyi üçün Universitetdən xaric olunub.

Marksın və Engelsin əsərləri Leninin dünya görüşünün formalaşmasında mühüm rol oynayır- O, inamlı marksistə çevrilir. 1889-cu idə Lenin Sankt-Peterburq Universitetində imtahanlardan keçir. Buranı qurtardıqda sonra proletarların hüquqlarını müdafiə edən vəkil kimi fəaliyyət göstərir.

1895-ci ilin dekabrında Lenin tutulur və Yenisey quberniyasının Şuşenskoe kəndinə 3 il müdətinə sürgün olunur. Burada 1898-ci ilin iyulunda Lenin N.K.Krupskaya ilə evlənir, türmədə olduğu müddətdə yazdığı materiallar əsasında "Rusiyada Kapitalizmin inkişafı" adlı kitab yazır, bir neçə məqaləni tərcümə edir və onlar üzərində işləyir. Sürgündə olduğu müddətdə o 30-dan artıq iş yazıb.

Proletaritın partiyası və Lenin

1900-cu ildə Leninin sürgünlük müddəti bitdi. Elə həmin il o, Rusiyanı tərk etdi. Mühacirətdə olduğu müddətdə marksizmi təbliğ edən "İskra" ("Qığılcım") qəzetinin əsasını qoydu.

1903-cü ilin 17 iyulundan 10 avqusta kimi Cenevrə, Brüssel və Londonda RSDFP-nin II qurultayı öncəsi Lenin partiyanın proqramı proyektini hazırlamışdı. Proqramda partiyanın yaxın gələcəyə olan məqsədləri öz əksini tapmışdı: çarizmin devrilməsi, demokratik respublikanın qurulması, kənddə təhkimçiliyin qalıqlarını aradan qaldırmaq, kəndlilərə torpaqların qaytarılması, 8 saatlıq iş rejimi, millətlərin bərabərhüquqluğunun yaradılması. İşçi hərəkatının qarşısında son məqsəd kimi tamamilə yeni bir cəmiyyətin- sosializm cəmiyyətinin qurulması qoyulmuşdu. Ona çatmaq üçün vasitə- sosialist inqilabı olmalı idi.

1905-ci ilin aprel ayında Londonda RSDFP-nin III qurultayında Lenin inqilabın əsas vəzifəsi kimi Rusiyada mütləqiyyətin və təhkimçiliyin aradan qaldırılmasını müəyyənləşdirdi.

1906-ci ilin sonuna yaxın RSDFP-nin 150 minə yaxın üzvü var idi. Onun üçün Rusiyada qalmaq təhlükəli idi. 1906-cı ildə Finlandiyaya və oradan da 1907-ci ilin payızında yenidən xaricə çıxdı.

5-may 1912-ci ildə ilk leqal Bolşevik qəzeti olan "Pravda"nın ilk nömrəsi çıxdı. Onun baş redaktoru faktiki olaraq Lenin idi. 2 il müddətində "Pravda" qəzetində Leninin təxminən 270-ə qədər məqalə və fikirləri nəşr olunmuşdu. Həmçinin Lenin mühacirətdə olarkən IV Dövlət Dumasda Bolşeviklərin fəaliyyətinə rəhbərlik edirdi, RSDFP-nin II İnternasionalda təmsil edirdi, partiya və milli suallara aid məqalələr yazır, fəlsəfə ilə məşğul olurdu.

Leninin əsas ideyaları

Kommunist partiyası Marksın dediklərinin baş verəcəyini gözləməməli, onu özləri yerinə yetirməlidirlər. Marksizm- ehkam deyil, fəaliyyət üçün rəhbərlikdir. Kommunist partiyasının əsas məqsədi- istismardan kənar sinifsiz bir cəmiyyəti qurmaq üçün kommunizm inqilabını həyata keçirtməkdir.

Ümumbəşər mənəviyyatı adlı bir şey yoxdur, yalnız ayr-ayrı siniflərə məxsus mənəviyyat var. Proletariat mənəviyyatına əsasən kommunizm inqilabının yerinə yetirliməsinə şərait yaradan nə varsa mənəviyyatdır ("Bizim əqidəmiz proletariatın sinfi mübarizəsinin maraqlarına tamamilə tabedir"). Buna əsasən inqilabın baş verməsi üçün ən hər cür fəaliyyət yol veriləndir.

İnqilab heç də Marksın güman etdiyi kimi bütün dünyada eyni zamanda baş verməyəcək. O ola bilsin ki, öncə hər hansısa ayrıca bir ölkədə baş versin. Daha sonra bu ölkə digər ölkələrdə baş verəcək inqilablara kömək edəcək.

Marksın vəfatından sonra kapitalizm özünün son mərhələsi olan- imperializmə qədəm qoyub. İmperializm dünyanı öz aralarında bölüşdürmək istəyən beynalxalq monopolist ittifaqların (imperiya) yaranması ilə xarakterizə olunur, həmçinin nəzərə almaq lazımdır ki, dünyanın ərazi kimi bölüşdürülməsi sona çatıb. Belə ki, hər bir imperialist qüvvə öz gəlirini artırmaq istəyir, onlar arasında müharibə qaçılmazdır.

Kommunizmi qurmaq üçün arada bir mərhələ- sosializm zəruridir. Sosializmdə istismar yoxdur, həmçinin cəmiyyətin hər bir üzvünün bütün tələbatını ödəyən material bolluğu da yoxdur.

Lenin haqqında maraqlı faktlar

Leninin "Hər bir aşbaz qadın dövləti idarə etməyə qabildir" sitatında təhrifə yol verilib. Əslində o öz "Bolşeviklər dövlət hakimliyini qoruyub saxlayacaqlarmı" əsərində yazırdı:

“Biz utopist deyilik. Biz bilirik ki, hər hansısa bir fəhlə və ya aşbaz qadın dövləti idarə etməyə qabil deyildir. Bu haqda biz kadetlər ilə də, Breşkovskiy ilə də, Çereteli ilə də razıyıq. Lakin bu vətəndaşlardan fərqli olaraq biz hesab edirik ki, “dövlətin idarəçiliyi ilə yalnız varlılar və varlı ailəsindən çıxmış şəxslər məşğul ola bilərlər” kimi sayıqlamalara son qoyulmalıdır. Biz tələb edirik ki, fəhlə və əsgərlərin maariflənməsinə şüurlu olaraq təcili başlanılsın. Bu maariflənməyə bütün kasıblar və işləyənlər cəlb edilməlidirlər”.

Lenin hesab edirdi ki, kommunizm XX əsrin 30-40-cı illərində qurulacaq. Öz "İttifaq gənclərinin vəzifələri" nitqində o demişdi: “Budur hazırda 15 yaşı olan nəsil hansı ki 20-30 il sonra kommunizm cəmiyyətində yaşayacaq, gərək öz nəzəriyyələri qarşısında vəzifəni elə qoysunlar ki, hər gün hər bir kənddə, hər bir şəhərdə gənclər praktiki olara ümumi əməyin bu və ya digər məsələsini- qoy ən kiçik, qoy ən boş bir məsələsini həll etsinlər”.

Leninin "oxumaq, oxumaq, yenə də oxumaq" şüarı heç də tekstdən çıxartma deyil. Həmin şüar Leninin 1899-cu ildə yazdığı "Rusiya sosial-demokratiyasının istiqaməti anlayışı" əsərindən götürülüb.

Lenin Avstriya-Macarıstanda yaşadığı müddətdə Avstriya jandarmı Lenini çara şpionluqda ittiham edib tutdu, Onu həbsdən azad etmək üçün Avstriya parlamentinin deputatı, sosialist V.Adlerin köməyi lazım oldu. Adlerdən soruşandakı "Siz əminsinizmi ki, Ulyanov çar hökümətinin düşmənidir?" Adler "Sözsüz, sizin əlahəzrətinizdən daha çox" deyə cavab vermişdi.

Sosialist inqilabının qələbəsi

Lenin Rusiyaya 3 aprel 1917-ci ildə qayıtdı. Növbəti gün, 4 apreldə Lenin bolşeviklər qarşısında məruzə ilə çıxış etdi. Bu çıxış tarixə "Aprel tezisləri" kimi düşdü və burada burjua-demokratik inqilabından fəhlə, sosialist inqilabına keçid haqqında öz fikirlərini ifadə etdi.

RSDFP (B)-nın idarə etməsini öz üzərinə götürən Lenin bu planı reallaşdırır. 1917-ci ilin aprelindən iyulunadək 170-dən çox məqalə, büroşura, partiyanın MK və bolşevik konferensiyalarının qətnamələrini, çağrışlar yazır.

Müvəqqəti hökümət tərəfindən Petroqradda keçirilən 5-7 iyul dinc nümayişinin güllə-baranından sonra ölkədə ikihakimiyyətliliyə son qoyuldu. Bolşeviklər Lenin başda olmaqla hökümətlə açıq mübarizəyə qalxırlar və yeni inqilab hazırlayırlar.

24 oktyabr 1917-ci il Lenin Smolnıy şəhərinə gəldi və o vaxt kı, Petroqrad şurasının sədri L.D.Trotskiy ilə birlikdə inqilabi oyanışın bir-başa rəhbərliyi ilə məşğul olmağa başladı. A.F.Kerenskini hakimiyyətdən devirmək üçün 2 gün lazım oldu.

Noyabrın 7-də Lenin müvəqqəti hökümətin devrilməsi haqqında müraciət imzaladı. Elə həmin gün keçirilmiş Sovetlərin II Ümumrusiya qurultayında sülh, torpaq və kəndli-fəhlə dövlətinin- başda Lenin olmaqla Xalq Kommisarları Şurasının qurulması haqqında Lenin dekretini qəbul etdi.

Sovet dövlətinin ilk rəhbəri

Sovet hökümətinin və KP MK-nın Moskvaya Petroqraddan köçməsindən sonra, 11 mart 1918-ci ildən başlayaraq Lenin Moskvada işlədi və yaşadı. Onun şəxsi evi və kabineti Kremldə, 3-cü mərtəbədə yerləşirdi.

Sülh haqqındakı dekretə əsasən Leninə dünya müharibəsindən çıxmaq lazım idi. Solçu kommunistlərin və Trotskinin etirazına baxmayaraq Lenin Almaniya ilə 3 martda Brest sülh müqaviləsini imzalamağa nail oldu. O, Kremldə yaşamış və fəaliyyət göstərmiş, sosializmin qurulması yolunda öz proqramlarını yerinə yetirməyə başlamışdı. 1918-ci il 30 avqustda Leninə, onun ağır yaralanması ilə nəticələnən sui-qəsdə cəhd oldu.

1919-cu ildə Leninin təklifi əsasında 3-cü Kommunist İnternasionalı yaradıldı. 1921-ci ildə RKP(B) 10-cu qurultayında o, "hərbi kommunizm" siyasətindən yeni iqtisadi siyasətə keçidi vəzifə kimi qarşıya qoydu. Beləliklə Lenin dünyada ilk sosialist dövlətin əsasını qoyan şəxsiyyət kimi tarixə düşdü.

Tezliklə Leninə qarşı olan sui-qəsd özünü göstərdi və Lenin 21 yanvar 1924-cü ildə saat 6-50 də Moskva ətrafı mülk olan Qorkidə vəfat etdi. 23 yanvarda Leninin cəsədi Moskvaya gətirildi. Rəsmi vida mərasimi 5 gün 5 gecə gündüz davam etdi.

27 yanvarda Leninin balzamlanmış cəsədi arxitektor A.V. Şusevin inşa etdiyi Mavzoleyə qoyuldu. Dahi rəhbərin mumiyanlamış cənazəsi indiyədək də bu Mavzoleydə olduğu kimi saxlanır.

…Lenin mavzoleyi milyonların ziyarətgahına çevrildi. Bu gün də keçmiş İttifaqın həer yerindən Moskvaya gələn “Sovet vətəndaşları” buranı ziyarət edir, dahi rəhbəri xatirəsini yad edirlər. Təkcə keçmiş SSRİ ərazisində deyil, bütün dünyada Lenini sevən, onun ideyalarını dəstəkləyən milyonlarla insan var…

Sovet dövlətinin sonu

…80-lərin sonlarından başlayaraq Lenin yaratdığı tarixin ilk sosialist dövləti etnik münaqişələrin başlaması sonucu dağılmağa başladı. Qərb imperializmi özlərinin yaratdığı və Türkiyəyə təzyiq üçün yararlandıqları erməni lobbisinin əli ilə SSRİ-də yaşayan erməniləri qızışdırdılar və azərbaycanlıların milli müqavimət hərəkatı başlaması ilə etnik münaqişə ocağı yarandı.

Sonralar Kremlin doğru olmayan siyasəti nəticəsində İttifaqın digər yerlərində də etnik münaqişələr baş qaldırdı və sonda bu proseslər tarixin ən böyük dövlətinin dağılması ilə nəticələndi. SSRİ-nin saxlanıb-saxlanması üçün keçirilən ümumittifaq  referendumunda sovet vətəndaşlarının böyük əksəriyyəti İttifaqın saxlanmasına səs verdi.

Lakin, artıq proseslər nəzarətdən çıxmışdı və başqa istiqamətdə cərəyan edirdi. Müttəfiq respublikalar bir-birinin ardınca öz müstəqilliyini élan etdilər. Azərbaycan SSR Ali Sovetində də 1991-ci il oktyabrın 18-də Müstəqillik haqda Konstitusiya Aktı qəbul edildi. Azərbaycan böyük qurbanlar verməklə yenidən müstəqilliyini bərpa etdi və 3-cü respublika quruldu.

1991-ci il dekabrın 8-də Belovejdə Rusiya, Ukrayna və Belorusiya prezidentləri İttifaqın dağılması haqda sözləşmə imzaladı. Dekabrın 25-də SSRİ-nin sonuncu rəhbəri, üzərində milyonların lənətini daşıyan Qorbaçov, Leninin 1917-ci il noyabrın 7-də yaratdığı dünyanın ən böyük dövlətinin (yalnız formal olaraq daşıdığı) prezidenti postundan istefa verdi və Kreml üzərində dalğalanan qırmızı Sovet bayrağı endirildi.

Bununla da, tarixdə sosial ədalətin, bərabərlik üzərində qurulmuş sinifsiz cəmiyyətin, bütün sərvətlərin ümümxalq mükiyyətinə çevrildiyi bir ictimai-siyasi ideologiyanın ən böyük dayağı olan Sovet İttifaqı tarixdən silindi. Kommunizm ideyası isə reallaşmadı, bəlkə də nə vaxtsa reallaşa bilərdi, amma buna imkan vermədilər.

Bütün gücünü dünya xalqlarına “pis nümunə” olan Sovet dövlətini dağıtmağa yönəldən Qərb imperializmi 50 illik böyük planı uğurla başa çatdırdı. Bu həm də kapitalizmin sosializm üzərində qələbəsi idi. O qələbə ki, sovet xalqlarına çox baha başa gəldi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi