Modern.az

Cinayət Məcəlləsi rüşvətə necə “yox” deyəcək..?

Cinayət Məcəlləsi rüşvətə necə “yox” deyəcək..?

Parlament

26 Aprel 2011, 10:59

Məcəlləyə dəyişiklik ediləndən sonra korrupsiya cinayətlərinə yol verəcəkləri təqdirdə deputatlar ayrıca subyekt kimi məsuliyyətə cəlb ediləcəklər


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında Prezident İlham Əliyev tərəfindən Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi təklifinin yer aldığı qanun layihəsinin müzakirəsi olacaq. Modern.az saytının məlumatına görə, dövlət başçısı tərəfindən Milli Məclisə təqdim olunan layihə korrupsiya cinayətləri subyektlərinin dairəsini genişləndirməyi, rüşvət alma və rüşvət vermə, o cümlədən nüfuz alveri cinayətlərinin tərkiblərinin genişləndirilməsini nəzərdə tutur.

“Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə göndərilən qanun layihəsi əsasən korrrupsiya cinayətlərinə görə subyektlərin dairəsinin genişləndirilməsini nəzərdə tutan qanun layihəsidir. Eyni zamanda bu Azərbaycan Respublikasının həm BMT-nin konvensiyasına uyğun olaraq götürdüyü öhdəliklər, həm də Strasburq konvensiyasına uyğun öhdəliklərlə bağlıdır”.

Bu sözləri “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az saytına korrupsiyaya qarşı mübarizə məqsədi ilə Cinayət Məcəllləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclisə göndərilən qanun layihəsini şərh edərkən bildirib. Onun sözlərinə görə, Cinayət Məcəlləsinə ediləcək dəyişikliklər Azərbaycanın götürdüryü beynəlxalq öhdəliklərlə bağlıdır.

“Bu baxımdan orada passiv rüşvətxorluqla bağlı maddədə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yeni qanun layihəsi Cinayət Məcəlləsinin 32-ci fəslinə əlavə və dəyişikliklərlə bağlıdır. Orada xarici parlamentlərin, beynəlxalq təşkilatların, eyni zamanda beynəlxalq parlamentlərarası qrupun üzvü olan şəxslərin korrupsiya cinayətləri ilə bağlı məsuliyyətə cəlb edilməsindən bəhs edilir. Yəni, əgər onlar korrupsiya cinayətlərinə yol verirlərsə, onlar da ayrıca subyekt kimi korrupsiya məsuliyyətinə cəlb ediləcəklər”-deyə Ə.Nuriyev qeyd edib.

Hüquqşünas hesab edir ki, Cinayət Məcəlllsinə ediləcək dəyişikliklər korrupsiya cinayətinə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsini sürətləndirəcək və bu istiqamətdə müsbət nəticələrə gətirib çıxaracaq:

“Korrupsiya ilə bağlı müəyyən vədlər verən şəxslər də artıq cinayət məsuliyyətinə cəlb ediləcəklər. Bir sözlə korrupsiya subyektlərin dairəsinin genişləndirilməsi, korrupsiya cinayətinə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsini daha da sürətləndirəcəkdir. Bu beynəlxalq aktlarda nəzərdə tutulmuş normanın Azərbaycan qanunvericiliyində tətbiqinə gətirib çıxaracaq. Sözsüz ki, bunlar çox vacib olan məsələlərdir. Çünki korrupsiya cinayətləri bu gün hər hansı ölkənin daxili ilə bağlı deyil. Bu hansıda bir dövlətin vəzifəli şəxsləri ilə ifadə olunmur. Eyni zamanda beynəlxalq təşkilatların, beynəlxalq parlamentlərin, eyni zamanda ayrı-ayrı ölkələrin parlament nümayəndələri də, beynəlxalq məhkəmələrin hakimləri də korrupsiya cinayətinin subyekti ola bilər. Məhz bu baxımdan bizim qanunvericilikdə bu məsələ öz əksini tapmayıb. Düşünürəm ki, tərtib edillən dəyişikliklər bu boşluğu aradan qaldıracaq. Bu baxımdan hesab edirəm ki, Milli Məclis Prezidentin bu təşəbbüsünə adekvat reaksiya verəcəkdir”.

Anar Rüstəmov                                   

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır