Modern.az

Deputat: "Dünyanın çox az ölkəsində müəllim və həkimlərə belə status verilib"

Deputat: "Dünyanın çox az ölkəsində müəllim və həkimlərə belə status verilib"

26 Aprel 2011, 18:38

«Azərbaycan Prezidenti müəllimlərin və həkimlərin dövlət qulluğunun xüsusi növunə daxil edilməsi ilə bağlı sərəncam imzalamaqla tarixi addım atdı. Bununla da, həmin kateqoriyalı insanların əməkhaqlarının xroniki azlığı aradan qaldırılacaq». Bu fikirləri hakim partiyanın saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, dünyanın çox az ölkəsində müəllim və həkimlərə belə yüksək status verilib. Onun sözlərinə görə, bu statusun verilməsi ilk növbədə həmin kateqoriyalı insanların əməkhaqlarının yüksələcəyinə, həm də daha yüksək pensiya almalarına imkan yaradacaq.
«Bununla da, Azərbaycanda büdcədən maliyyələşən təşkilatlarda çalışan çox böyük kateqoriya insanın sosial müdafiəsi yaxşılaşmış olacaq» deyə komitə sədrinin müavini qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı