Modern.az

MM-in komitə sədri və nazir müavini Almaniyaya gedəcək

MM-in komitə sədri və nazir müavini Almaniyaya gedəcək

27 Aprel 2011, 16:47

Mayın ayının 2-dən 8-dək Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, komitə sədrinin müavini Eldar Quliyev, Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, Aqrar sektorun müdiri Şahmərdan Kərimov və kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev Almaniyaya səfər edəcəklər. Bu barədə Modern.az saytına Milli Məclisin Aqrar siyasət komitəsindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, səfərin əsas məqsədi Azərbaycanda hazırda müzakirələrdə olan “Kənd təsəttüfatı kooperasiyası haqqında” qanun layihəsi ilə bağlı Almaniyanın iş təcrübəsi, qanunvericiliyin öyrənilməsidir.

Nümayəndə heyəti səfər müddətində Almaniyanın qanunvericilik sənədləri ilə tanış olacaq, iş təcrübəsini öyrənəcəklər. Bununla yanaşı, nümayəndə heyəti Almaniyada bir neçə bölgədə olacaq, həmçinin bu ölkədə təşkil olunacaq “Aqrosərgi”də iştirak edəcəklər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır