Modern.az

“Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklər 2011-ci ildə aktuallaşacaq

“Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklər 2011-ci ildə aktuallaşacaq

12 Noyabr 2009, 13:10

Bir neçə ildir Azərbaycanda “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər ediləcəyinə dair məlumatlar səslənməkdədir. Hətta partiyaların əksəriyyəti bununla bağlı müxtəlif təkliflər də irəli sürürlər. Qanunun Milli Məclisin müzakirəsinə çıxarılacağı tez-tez söylənilsə də, hələki onu parlamentin gündəliyinə salmayıblar. İndi də bəzi ehtimallara görə, Milli Məclisin payız sessiyasında bu qanunun müzakirəyə çıxarılması gözlənilir. Deputat Fəzail Ağamalı Modern.az saytına bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklər ola bilsin  ki, aktuallığını 2011-ci ildə ortaya çıxardı. Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklər ediləcəyi təqdirdə siyasi partiyalar büdcədən maliyyələşdiriləcək. Amma indi bu məsələ ətrafında müzakirə aparmaq əhəmiyyətsizdir. F.Ağamalı məsələnin yubanma səbəbələrinə də toxunub: “Bunun səbəbləri çoxdur. Amma əminəm ki, Azərbaycan siyasi arenasında kifayət qədər ciddi rol oynayan partiyaların fəaliyyətinin  daha geniş müstəvidə qurulması və fəaliyyətinin genişləndirilməsi üçün “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişiklər edilməsi zəruridir. Bu, sosial sifariş kimi həllini tapacaq. Mən hər hansı partiyanın buna qarşı çıxdığının şahidi olmamışam. Yeni Azərbaycan Partiyasının nümayəndələri də bunun lehinədirlər”.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər