Modern.az

Milli Məclis təhsildə möhlət hüququ məsələsinə baxacaq

Milli Məclis təhsildə möhlət hüququ məsələsinə baxacaq

Parlament

27 Aprel 2011, 18:48

Deputat: "Qocalan alimləri yeni nəsillə əvəz eləmək məqamı yetişəndə problemlərlə üzləşirik"


Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc Modern.az saytına açıqlamasında bildirib ki, üzvü olduğu komitəyə təhsillə bağlı çoxsaylı müraciətlər daxil olub. Onun sözlərinə görə, daxil olan müraciətlərin əksəriyyəti təhsilini magistratura pillləsində davam etdirmək istəyən tələbələrin möhlət hüququ istəmələri ilə bağlıdır:

“Bizim komitəyə bununla bağlı bir sıra müraciətlər daxil olub. Xüsusəndə bakalavr pilləsini bitirən tələbələr magistraturada oxumaq üçün onlara  möhlət verilməsini və bu məsələyə baxılmasını xahiş edirlər. Əlbəttə, bu müraciətlər də başa düşüləndir. Bildiyimiz kimi, 2007-ci ilin dekabr ayında möhlət hüquqları ilə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edildikdən sonra bir çox insanların möhlət hüquqları ləğv edildi. Tələbələrdə isə bu hüquq yalnız bir dəfə olmaqla saxlanıldı. Aralıq dövr üçün, yəni magisrtatura mərhələsi üçün belə bir hüquq saxlanılmadır. O dövrdə biz vurğulayırdıq ki, elm və təhsil də hərbi sfera qədər mühüm bir təhlükəsizlik amilidir. Bunu xüsusi vurğulamaq gərəkdir. Belə düşünülməsin ki, əldə silah tutmaq, müəyyən bir hərbi biliklərə yiyələnmək öz-özlüyündə dövlətin və millətin ümumi müdafiəsini təşkil eləməkdir. Paralel şəkilkdə elm sferasında 10 minlərlə qabaqcıl bilikli insanlara da sahib olmaq dövlətin təhlükəsizlik və müdafiə qabliyyətini artırır”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda təhsillərini növbəti mərhələlərdə davam etdirən şəxslərin 75-77 %-ni qızlar təşkil edir. Z.Oruc onu da bildirib ki, orta məktəblərdə də qadın müəllimələrin sayı kişilərə nisbətən qat-qat çoxdur. Statistik rəqəmlər 83%-dən yuxarıdır.

“Başlıca olaraq demək istərdim ki, bu gün ölkədə 8330-dan artıq alim, 1500-ə qədər akademik var. Bu rəqəmlər MDB məkanı üzrə müqayisədə çox da yüksək yer tutmur. Belə olan təqdirdə möhlət hüqunun verilməsi məsələsi ortaya çıxır. Həqiqətən də möhlət hüquqları yalnız məxsusi şəxslərə, elmdə ardıcıl davam etmək istəyən insanlara verilməsinə baxmaq olar. Bildiyimiz kimi Elmlər Akademiyasında cənab Prezidentin iştirak etdiyi yığıncaqda da bəzi alimlər tərəfindən bu məsələ qaldırılıb. Dövlət rəhbəri də buna baxıla biləcəyini vurğulayıb. Ona görə də biz nəzərə almalıyıq ki, alimlərimizin orta yaş həddi 50-dən yuxarıdır. Demək, qocalanları növbəti yeni nəsillə əvəz eləmək məqamı yetişəndə problemlərlə üzləşirik. Alimlərin cavanlaşması eyni zamanda dövlətin həm də iqtisadi-sosial mexanizmləri ilə onların stimullaşdırılması bütövlükdə ölkənin xeyrinədir. Bu baxımdan təhsildə möhlət hüququ məsələsəinə yəqin ki, baxılacaqdır”-deyə deputat Z.Oruc bildirib.

Qeyd edək ki, bir müddət öncə Milli Məclisdəki çıxışında deputat Abel Məhərrəmov da bu məsələni qaldırıb. Bakı Dövlət Unversitetinin rektoru Abel Məhərrəmov magisturaturada oxuyan tələbələrə hərbi xidmətdən möhlət verilməsini istəyib.

“Bu gün Azərbaycanda təhsil qanunvericiliyinə görə magistratura və doktorantura ilə bağlı elmi dərəcə, təhsil almaq istəyənlər arasında oğlanlar hərbi xidmətə çağırılırlar. Bu gün BDU-da 988 magistr var, onlardan 687-i qız, 301-i oğlandı. Demək bu 301 oğlanın hamısı əsgər yaşlı oğlanlardır və hamısı əsgər gedəcəklər. Təcrübə onu göstərir ki, qızlar əksər vaxtlarda ailə qurandan sonra başları uşaqlarına qarışır, elmin arxasınca tam gedə bilmirlər. Oğlanlar da əsgər gedəcəklərsə, bizim elmimiz kimlərin hesabına inkşaf edəcək?”-deyə deputat sual edib.

Millət vəkili digər problemə də toxunub. Onun sözlərinə görə, magistr pilləsində təhsil alan tələbələr dövlət qulluğuna qəbulla bağlı test müsabiqəsində iştirak edir və əksər vaxtlarda da müsabiqədən keçirlər.
“Onlar müsabiqədən keçən zaman universitetin  rəhbərliyinə müraciət edirlər ki, biz artıq dövlət qulluğuna qəbul olunduğumuz üçün magistr üzrə təsil almaq istəmirik. Bu kimi məsələlərin qarşısını almasaq, təhsil məsələmiz çox bərbad gündə olacaq”-deyə A.Məhərrəmov vurğulayıb. Deputat  bu məsələnin mütləq nəzərə alınmasını xahiş edib.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü