Modern.az

Bəşər Əsədin sədri olduğu partiyadan kütləvi istefalar başlayıb

Bəşər Əsədin sədri olduğu partiyadan kütləvi istefalar başlayıb

Dünya

28 Aprel 2011, 12:26

Suriyanın hakim partiyası olan Ərəb Sosialist Dirçəlişi (BƏƏS) partiyasından 203 nəfər Bəşər Əsədin xalqa repressiyalarına qarşı etiraz olaraq partiya üzvlüyündən çıxdığını bəyan edib.

Bu şəxslər hakim partiyanın Deraa şəhər təşkilatının üzvləri olub. “Biz ölkədə baş verən bu günkü hadisələrdə öz məsuliyyətimizi anlayır və bu bu cinayətin yükünü öz üzərimizdə daşımaq istəmirik.  Biz hakim partiya sıralarından istefa veririk”-deyə bəyənatda deyilir. Bundan bir gün əvvəl isə Bəniyas şəhər təşkilatından da 30 partiya üzvü müxalifətə tərəf keçmişdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!