Modern.az

Milli Məclisin deputatları hansı elmi adlara malikdirlər? (IV yazı)

Milli Məclisin deputatları hansı elmi adlara malikdirlər? (IV yazı)

28 Aprel 2011, 15:06


Azərbaycanda hər il elmi dərəcə alanların sayının artdığını nəzərə alaraq deyə bilərik ki, indi elmi dərəcə almaq hər bir ali təhsilli üçün əlçatan olub. O cümlədən də Milli Məclisin deputatları üçün. Modern.az saytı Milli Məclisin deputatlarının hansı elmi adlara malik olduğunu araşdırır. Ötən həftələrdə parlamentin Mədəniyyət, Aqrar siyasət və Sosial siyasət komitələrinin üzvü olan deputatlardan kimlərin elmi ada malik olduğunu araşdırıb oxuculara məlumat vermişdik.

Bu dəfə Milli Məclisin Regional məsələlər komitəsinin üzvlərinin hansı elmi ada sahib olduqlarını öyrənməyə çalışdıq.

Qeyd edək ki, Regional məsələlər komitəsi 8 deputatdan ibarətdir. Komitənin sədri Arif Rəhimzadə, sədr müavini isə Fəttah Heydərovdur. Komitənin üzvləri isə Azər Badamov,  Fəzail İbrahimli, Mixail Zabelin, Qalib Salahzadə, Rüstəm Xəlilov, Tahir Rzayevdir.

Modern.az saytının araşdırması zamanı məlum olub ki, komitənin sədri Arif Rəhimzadə elmi titula malikdir, o, kənd təsərrüfatı elmləri namizədidir. Sədrin müavini Fəttah Heydərov elmi ad daşımır.
Komitə üzvlərindən isə yalnız Fəzail İbrahimlinin elmi titulu var. O, tarix elmləri doktorudur.

Komitə üzvləri Azər Badamov,  Mixail Zabelin, Qalib Salahzadə, Rüstəm Xəlilov, Tahir Rzayevin elmi adları yoxdur.

Sırada digər komitənin üzvləridir...

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var