Modern.az

Deputat 300 şagird üçün yoxlama imtahanı təşkil edib

Deputat 300 şagird üçün yoxlama imtahanı təşkil edib

28 Aprel 2011, 17:54

Aprelin 27-də Lənkəran şəhər 1 №-li orta məktəbində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun təşəbbüsü və 73 saylı Lənkəran Şəhər seçki dairəsindən deputat Rüfət Quliyevin maddi dəstəyi ilə seçki dairəsinə daxil olan ərazilərdəki 15 orta məktəbin Xİ siniflərinin 300-ə yaxın şagirdi üçün buraxılış fənləri üzrə yoxlama-sınaq testləri keçirilib.
Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, belə testlər ənənəvi olaraq 2006-cı ildən keçirilir və həm şagirdlər, həm də valideynlər tərəfindən böyük razılıqla qarşılanır.
Testlərin keçirilməsində məqsəd şagirdlərin öz qüvvələrini sınamaq və onların ali təhsil müəssisələrinə qəbul olunmalarına köməklik göstərməkdir.

Testlər başlanmazdan əvvəl müəllimlər, şagirdlər və valideynlərlə görüş keçirilib. Görüşdə deputatın köməkçisi Əzizbala Mustafayev çıxış edib. O, ölkə rəhbərliyinin təhsilə və elmə böyük qayğısından,  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yeni təhsil ocaqlarının tikilməsi və əsaslı təmir edilməsi sahəsində böyük fəaliyyətindən bəhs edib, ölkədə gedən nəhəng quruculuq işlərindən, respublikada hökm sürən siyasi və iqtisadi sabitlikdən ətraflı danışıb.
Sonra çıxış edən müəllimlər və valideynlər testlərin keçirilməsinin təşkilatçılarına dərin minnətdarlıqlarını bildiriblər.


       

        

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı