Modern.az

Azərbaycan deputatları “Avronest” Parlament Assambleyasının təsis iclasına qatılacaqlar

Azərbaycan deputatları “Avronest” Parlament Assambleyasının təsis iclasına qatılacaqlar

30 Aprel 2011, 16:30

Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə  heyəti “Avronest” Parlament  Assambleyasının  təsis  iclasında  iştirak etmək üçün mayın 2-dən 3-dək Belçikada səfərdə olacaq. Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidməti xəbər verib.
Nümayəndə heyətinin tərkibinə parlamentin Hüquq siyasəti və dövlət  quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə  daxildirlər.
Brüssel  şəhərində  keçiriləcək  toplantıya  Avropa  Parlamentinin prezidenti Yerzi Buzek, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna  və Moldovanın  parlament  nümayəndə  heyətləri  qatılacaq.
İclasda “Avronest” PA-nın komitə və qurumları, struktur bölmələri  yaradılacaq, təşkilatın gələcək fəaliyyət mexanizmləri müzakirə  ediləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!