Modern.az

Avropada yeni parlament assambleyası nə üçün yaradılır?

Avropada yeni parlament assambleyası nə üçün yaradılır?

Parlament

2 May 2011, 11:55

Bu gün Brüsseldə “Avronest” Parlament Assambleyasının yaradılması ilə bağlı müzakirələr başlayıb. Bu barədə Modern.az saytına Azərbaycan parlamentinin Brüsselə gedən nümayəndə heyətinin üzvü, millət vəkili Fuad Muradov məlumat verib.

Millət vəkili “Avronest”in hansı məqsədlə yaradılması məsələsindən danışıb.

O, qeyd edib ki, Avropa Qonşuluq Siyasətində (AQS)  iştrak edən Şərqi Avropa ölkələri parlamentariləri və Avropa Parlamentinin (AP) üzvlərini bir yerə gətirəcək parlament assambleyasının yaradılması barədə təklif hələ ilk olaraq AP-nin  gücləndirilməsinə dair 15 noyabr 2007-ci il tarixli qətnaməsində irəlu sürülüb. Daha sonra Belarus istisna olmaqla, hazırda Şərq Tərəfdaşlığına (ŞT) daxil olan 5 tərəfdaş ölkənin parlamentarilərinin iştrakı ilə 2008-ci ilin 4-5 iyul tarixlərində Brüsseldə baş tutmuş parlamentlərarası konfransda qəbul edilən bəyanatda AP-nin iştrakçı dövlətləri Avropa İttifaqı Şərq  Qonşuluğu Parlament Assambleyasının təsnifi məsləsini  nəzərdən keçirməyə dəvət olunublar.

Konfransın ardınca AP-i tərəfindən sözügedən assambleyanın təsis edilməsi istiqamətində müvafiq addımlar atılıb.

2008-ci il 22 sentyabrda AP-yə həmin dövrdə sədrlik etmiş H.Q.Pötterinq tərəfindən iştrakçı ölkələrin milli parlamentlərinə qeyd olunan təşəbbüsə münasibət bildirməsi üçün müvafiq məktublar ünvanlanıb.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov 21 yanvar 2009-cu il tarixli cavab məktubunda bu parlament assambleyasının təsis edilməsi təşəbbüsünə dəstək ifadə edib.

Məlumat üçün onu da bildirək ki, “Avronest”də 110 deputat fəaliyyət göstərəcək. 110  deputatdan ibarət olacaq qurumda 60 deputat Avropa Parlamentini təmsil edəcək. Bundan başqa Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna tərəfindən hər ölkədən 10 nəfər bu paralment assambleyasının üzvü olacaq.

“Avronest”lə Avropa Şurası Parlament Assambleyasının fərqinə gəlincə, deputat bildirib ki, Avropa Parlementində siyasi komitələr, alt qurumlar yaradılıb və hər bir ölkədən gedən parlamentari həmin komitənin, alt qurumların üzvu olur. Bundan sonra o, öz ölkəsinin maraqlarına uyğun fəaliyyət göstərə bilmir. “Avronest” isə tamamilə fərqli bir qurum olacaq.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə MM sədrinin birinci müavini Ziyafət Əsgərov, (qrupun rəhbəri) parlamentin Hüquq siyasəti və dövlət  quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə  daxildirlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!