Modern.az

Mlli Məclisin dostluq qruplarının rəhbərləri xariclə necə dostluq edirlər?

Mlli Məclisin dostluq qruplarının rəhbərləri xariclə necə dostluq edirlər?

2 May 2011, 12:28

Ölkələr arasında əməkdaşlığın genişlənməsində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolu böyükdür. Dördüncü çağırış Milli Məclisin ayrı-ayrı ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri bir neçə ay öncə təyin edilib.
Maraqlıdır, ayrı-ayrı ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri qarşı tərəfdəki ölkəni tanıyırmı? Orada olubmu? Əlaqələr üçün nələr nəzərdə tutulur?

Onlar bu barədə Modern.az saytına danışıblar.

Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Tahir Rzayev bildirib ki, indiyə kimi bu ölkədə olmayıb. Deputat eyni zamanda iki ölkə parlamentarilərinin qarşlıqlı səfərlərinin hələki gözlənimlədiyini deyib:
“Qeyd edim ki, hələ ki Azərbaycan-Qətər parlamentarilərinin qarşılıqlı səfərlərinin olması gözlənilmir. Sadəcə, əgər bu qarşlıqlı əməkdaşlıqla bağlı hər hansı bir məsələ ortaya çıxarsa, təbii ki, belə səfərlər gerçəkləşə bilər”.

Azərbaycan-Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Asim Mollazadə də indiyə kimi Makedoniyada olmadığını bildirib. Deputat deyib ki, rəhbərlik etdiyi işçi qrupun bu ölkəyə yaxın vaxtlarda hər hansı səfəri gözlənilmir:
“Qarşlıqlı əlaqələrin bundan sonra inkişaf etməsi gələcəkdə makedoniyalı və azərbaycanlı deputatların qarşılıqlı səfərləri ilə müşayiət olunacaq. Bu təbii ki, iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə gətirib çıxaran amildir”.

Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə  işçi qrupun rəhbəri, millət vəkili  Gövhər Baxşəliyevə isə bildirib ki, bundan öncəki parlament dövründə o Azərbaycan-Liviya  parlamentlərarası əlaqələr üzrə işçi qurupun rəhbəri olub. Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qurupun rəhbəri təyin olması yenidir:
“Ona görə də yeni münasibətlər barədə qabaqcadan bir söz demək çox çətindir. Mən indiyə kimi 3 dəfə Misir və Liviyada olmuşam. Şərq aləmini yaxşı  tanıyıram. İşçi qrupun rəhbəri kimi belə bir fikirdəyəm ki, yaxın zamanlarda Misirin Azərbaycandakı səfirliyinə gedim. Səfirlikdə işçi qrupu səviyyəsində bir görüş keçirək. Mən onu qeyd etmək istəyirəm ki, Misir ərəb dünyasında yeri olan bir ölkədir. Misirlə əlaqələrin geniş olması bizim də xeyrimizə olardı. Sadəcə, indiki vəziyyət hamıya məlumdur. Misirdə hazırda parlament buraxılıb, sentyabır ayında prezident seçkiləri keçiriləcək, ondan sonra parlament seçkiləri keçiriləcək”.
G.Baxşəliyev bildirib ki, Misirdə parlament seçkiləri keçiriləndən, sabitlik bərqərar olandan sonra Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu qarşılıqlı əməkdaşlıq edəcək:
“Bizdən nümayəndə heyəti Misirə gedəcək, onlar Azərbaycana gələcək. Ötən seçki dövründə Misirin “Dəril Qütub” kitabxanasında Azərbaycanın tarixi və coğrafiyasını əks etdirən xəritə tapdım. Bilirsiniz ki, Azərbaycanda Elmin İnkşafı Fondu var və o, elmi işlərə qrant ayırır. Mən xəritə məsələsi ilə bağlı fonda müraciət etdim və araşdırma aparmaq üçün qrant ayrıldı. Bununla bağlı 4 ölkədə elmi araşdırma aparılacaq. Həmin ölkələrdən biri də Misirdi”.
G.Baxşəliyeva hesab edir ki, Misirdə vəziyyət düzələndən sonra, Azərbaycan-Misir parlamentlərarası əlaqələri üzrə işçi qrupu əməkdaşlıq məsələsində fəallıq göstərəcək, qarşılıqlı əməkdaşlıq olacaq, Azərbaycanın parlamentariləri Misirə gedəcək, Misirin parlamentariləri isə Azərbaycana gələcək.
“Bu da hər iki  ölkənin əlaqələrinin inkşafına böyük töfhə verəcək”.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?