Modern.az

Fuad Muradov da həmsədr seçilib

Fuad Muradov da həmsədr seçilib

3 May 2011, 16:06

“Avronest”  Parlament Assambleyasının komitələrinə seçkilər keçirirlir. Bu barədə açıqlamanı Modern.az-a “Avronest” Parlament  Assambleyasının  təsis  iclasında  iştirak etmək üçün Belçikada səfərdə olan nümayəndə heyətinin üzvləri məlumat veriblər. Seçkilərin nəticəsi olaraq Milli Məclisin deputatı Fuad Muradov enerji komitəsinin həmsədri seçilib. 

Qeyd edək ki,  Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik  və  müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyətinin tərkibinə parlamentin Hüquq siyasəti və dövlət  quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə  daxildirlər. 

Brüssel  şəhərində  keçirilən   toplantıya  Avropa  Parlamentinin prezidenti Yerzi Buzek, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna  və Moldovanın  parlament  nümayəndə  heyətləri  qatılacaq. 

İclasda “Avronest” PA-nın komitə və qurumları, struktur bölmələri  yaradılacaq, təşkilatın gələcək fəaliyyət mexanizmləri müzakirə  edilir.

***
Aldığımız son məlumata görə, deputat Asim Mollazadə də insan hüquqları komitəsinə sədr müavini seçilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır