Modern.az

Əli Əhmədovdan gənclərə mesaj: "Onlar sizin yoldaşlarınızdır, onları səhv yoldan çəkindirin!"

Əli Əhmədovdan gənclərə mesaj: "Onlar sizin yoldaşlarınızdır, onları səhv yoldan çəkindirin!"

Parlament

3 May 2011, 16:38

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatında rayonun fəal gəncləri ilə görüş keçirilib. Görüşdə hakim YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, rayon icra başçısı Nəsib Məhəməliyev, partiyanın fəal gəncləri iştirak edib.

M.İbrahimqızı gənclərin rayonun ictimai-siyasi həyatında mühüm rol oynadığını qeyd edib. Deputat mərhum prezident Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü ilə bağlı geniş nitq söyləyib.
“Ümummilli lider Heydər Əliyevin doğum günü Azərbaycanın hər bir yerində böyük sevgi ilə qeyd  edilir. Hər bir azərbaycanlı bu tarixi fəxrlə yad edir” deyən M.İbrahimqızı Heydər Əliyevin gördüyü işlərdən, həyata keçirtdiyi layihələrdən danışıb.

Millət vəkilinin çıxışından sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” filmi nümayiş olunub. Bundan sonra partiyanın gənc fəallarına söz verilib. YAP-ın gənc üzvləri Şirinova Züleyxa, Qasımov Qail çıxış edərək Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatına mühüm rol oynadığının qeyd ediblər.

Tədbirdə çıxış edən YAP icra katibi, millət vəkili Əli Əhmədov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək Heydər Əliyevin həyatı, yaradıclığından geniş söz açıb.
Ə.Əhmədov deyib ki, təmsil olunduğu partiyanın üzvlərinin 40 faizini gənclər təşkil edir.
“Bu da əlbəttə, YAP-ın gücünü təşkil edən əsas amillərdən biridir”

Ə.Əhmədov Azərbaycanın gələcəyinin məhz gənclərin əlində olduğunu bildirərək onlar üçün dövlət tərəfindən hər bir şəraitin yaradıldığını deyib: “Ölkə başçısının tapşırığı ilə hazırlanan dövlət proqramı Azərbaycan gəncliyinin inkişafında geniş imkanlar yaradacaq. Bu gün gəncliyimiz yaxşı təhsilə, biliyə yiyələnirlər. Bu baxımdan elə etmək lazımdır ki, gənclər ölkənin ictimai-siyasi həyatında və eləcə də digər sahələrdə həlledici mövqeyə malik olsunlar”.

YAP-ın icra katibi çıxışında son zamanlar keçirilən aksiyalarda  iştirak edən gənclərə sərt ismarıc göncdərib. Onun sözlərinə görə, ölkədə sabitiliyi pozmağa cəhd edənlər gəncliyi öz tərəfinə çəkməyə çalışsalar da, bu mümkün olmayıb.
“Siz gənclər onları düşdükləri səhv yoldan çəkindirməlisiniz. Çünki onlar sizin yoldaşlarınız, yaxınlarınızdır. Sizin üzərinə düşən vəzifə məhz bu gəncləri düşdükləri səhv yoldan qaytarmaqdır”.

Daha sonra tədbirdə Nəsimi rayon icra başçısı Nəsib Məhəməliyev çıxış edib. Sonda rayonun ictimai həyatında fəallıq nümayiş etdirən gənclərə xüsusi mükafatlar və həmçinin partiyaya yeni üzv olan gənclərə üzvülük vəsiqələri təqdim olunub. 

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü