Modern.az

Mətbuat Şurası məmurlara media ilə əlaqə qurmağın yollarını öyrədəcək

Mətbuat Şurası məmurlara media ilə əlaqə qurmağın yollarını öyrədəcək

12 Noyabr 2009, 19:58

 Mətbuat Şurası (MŞ) ATƏT-lə birgə bu ilin dekabrına qədər Avropadan dəvət edilmiş ekspertlərin iştirakı ilə “Dövlət qurumları ilə mətbuat arasında əlaqələrin inkişafı” adlı layihə sənədi hazırlayacaq. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az saytına bildirib. Onun sözlərinə görə,  məqsəd  dövlət idarələrində mətbuatla işləyən şəxslərin hazırlıqlarını yoxlamaqdır. “Beynəlxalq ekspertlərlə birgə, biz dövlət qurumlarının mətbuatla işləməsi üşün hansı mexanizmlərə malik olduqlarını və bu işlərin təşkili mexanizmlərini təhlil edəcəyik”-deyə Ə. Amaşov bildirib.  Mətbuat Şurasının hazırlayacağı sənəd dövlət qurumlarında çalışanların fəaliyyətini ətraflı əhatə edəcək və tövsiyyələr əksini tapacaq.  Sənəd hazırlandıqdan sonra Prezidentə təqdim ediləcək.  “Məqsədimiz odur ki,  bu sənəd də mətbuatın inkişafına təkan verən digər sənədlər kimi qəbul olunsun”-deyə MŞ-nın sədri vurğulayıb.  

X.XƏZƏRLİ

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir