Modern.az

Deputat: “Elm adamları ancaq otaqlarda oturmalı deyil…”

Deputat: “Elm adamları ancaq otaqlarda oturmalı deyil…”

Parlament

4 May 2011, 12:21

Dünyanın əksər inkişaf etmiş ölkəsində elm adamları istehsalat sahələrinə üz tuturlar. Bu o deməkdir ki, həmin elm adamları bizdəki kimi ayrı-ayrı institutlarda qocalmırlar.

Nəticədə həm yaxşı əmək haqqı alırlar, həm də biliklərindən cəmiyyət faydalanır.

Bizdə isə vəziyyət bir az başqadır. Belə ki, cəmiyyətdə belə bir fikir hakimdir ki, elm adamları yalnız Azərbaycan Milli Elmlər Akademiyasında, instutlarda çalışmalı, nəzəriyyə ilə məşğul olmalıdırlar. Necə deyərlər, sovet düşüncəsi…
Düzdür, Milli Məclisdə 38 elmlər doktoru, bir o qədər elmlər namizədi, 5 akademik var. Amma bu kütləvi şəkildə bütün sahələrdə yayılmayıb.

Modern.az məsələyə Mllli Məclisin Sosial siyasət komitəsi və Elm və təhsil komitəsindən münasibət öyrənib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də təsdiqləyib ki, alimlər təkcə laboratoriyalarda, otaqlarda deyil, istehsalat sahələrində də olmalıdırlar. Onun fikrincə, alimlər təkcə kəşflərini, bilik və bacarıqlarını göstərərək tətbiq etməməlidirlər, onlar həm də savadlı, təcrübəli, eyni zamanda idarəçilik psixologiyasını bilən insanlar kimi istehsalatda da məhsuldarlığın yüksəlməsində kömək edə bilərlər.
“Amma bunun Azərbaycanda belə olmaması ilə razı deyiləm. Azərbaycanda da istehsalat sahələrində - biznes, kənd təsərrüfatında kifayət qədər alim var. Elə Milli Məclisin tərkibinə baxsaq, bunu müşahidə edə bilərik. Parlament birbaşa elmlə məşğul olan sahə olmasa da, görün burada nə qədər alim var” deyən millət vəkilinin sözlərinə görə, Azərbaycanda alimlərin çox olmaması bu cür fikirləşməyə səbəb olur.
“Bu gün akademiklər, elmlər doktorları digər sahələrdə də kifayət qədər təmsil olunurlar. Onlar nazirliklərdə bilavasitə öz sahələri üzrə konkret biliyin həyata keçirilməsi prosesində iştirak edirlər, təşkilat işləri, idarəçilik işləri ilə məşğul olur, müəyyən sahələrdə situasiyaları analiz edirlər. Modern.az saytı Milli Məclisdə nə qədər alimin olduğunu araşdırıb, nazirlikləri də araşdırsa, görərsiniz ki, həmin sahələrdə də kifayət qədər alim var”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Musa Qasımlı hesab edir ki, ölkəmizdə elmin istehsalatla, elmin ali məktəb, akademiya, institutlar, təhsil müəssisələri ilə əlaqələrinin sıxlaşdırılmasında fayda var:
“Bu baxımdan cənab Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının illik hesabatındakı çıxışı bir yol göstərir. Aparılan elmi tədqiqat işlərinin nəticələri istehsalat və tədris müəssisələrinə çox tez çatdırılır. Bir elmi-tədqiqat işi araşdırılırsa, bir neçə müddətdən sonra kitab kimi çap olunursa, elmlə istehsalat arasında məsafə çox uzanır. Hər bir xalqın tərəqqisinin başlıca amillərindən biri onun elmidir. Düşünürəm ki, bu sahədə bizim görüləsi işlər çoxdur və cənab Prezident onun konkret yollarını müəyyənləşdirdi və söylədi”.

M.Qasımlının fikrincə, akademiyanın hazırkı iş sistemi saxlanarsa, o kifayət qədər indiki inkişafından geri qala və səmərəli olmaya bilər:
“Ona görə akademiya sistemində islahatların aparılması, orada çalışan alimlərin öz bilik və bacarıqlarını auditoriyalara gətirmələri, elmi naliyyətlərini istehsalata tətbiq etmələri əhəmiyyətli olardı”.

Aytən ƏLIYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü