Modern.az

Asim Mollazadə: “Dörd partiyanın VHP-də keçirilən iclası barədə məlumatsızam”

Asim Mollazadə: “Dörd partiyanın VHP-də keçirilən iclası barədə məlumatsızam”

Parlament

4 May 2011, 15:18

“Yeni yaradılmış “Parlament müxalifət deputat qrupu” barəsində məlumatsızam. Hələlik bu barədə heç nə deyə bilmərəm”.
Bu sözləri ADİP sədri, millət vəkili Asim Mollazadə Modern.az-a açıqlamasında bu gün VHP-nin qərargahında dördü partiyanın iştirakı ilə təsis edilən qrupa dəvət olunması barədə müraciəti şərh edərkən  bildirib. Onun sözlərinə görə, Bakıya bu gün səhər qayıdıb.
“Həmin iclasda müzakirə olunan məsələlər barədə məlumatsızam. Oradakı müzakirə edilmiş məsələləri öyrəndikdən sonra müzakirələri davam etdirə bilərik”-deyə A.Mollazadə vurğulayıb. Millət vəkili qeyd edib ki, qrup tərəfindən müraciət daxil olduqdan sonra rəhbəri olduğu partiyada müzakirə ediləcək və bundan sonra müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Milli Məclisdə təmsil olunan 4 partiya sədrinin - VHP sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılovun iştirakı ilə keçirilən görüşdə “Parlament müxalifət deputat qrupu” yaradılıb.

BQP sədri Fazil Mustafa görüşdə parlament müxalifət qrupunun formalaşdırılması və işinin aktivləşdirilməsi ilə bağlı müzakirələr aparıldığını bildirib: “Müzakirələrdə parlamentdə müxalifətin rolunun artırılması, daha aktiv fəaliyyət göstərmək, islahatlarla bağlı sənədlərin birgə hazırlanaraq hakimiyyətə təqdim olunması istiqamətində müzakirələr aparıldı”.(APA)

Müzakirələrin yekunu olaraq “Parlament müxalifət deputat qrupu” təsis olunub. F. Mustafa parlamentdə təmsil olunan bir sıra müxalifət partiyalarının təmsilçilərinə də yeni yaradılan təsisatda iştirak üçün müraciət ediləcəyini bildirib: “Qəbul edirlər, etsinlər, etməsələr, fəaliyyətimizi bu formatda davam etdirəcəyik”.

Müraciət Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadəyə və VHP sədrinin müavini Fəzail İbrahimliyə ediləcək. Ümid Partiyasının sədri İqbal Ağazadəyə isə analoji qayda müraciət olunmayacaq.

Anar Rüstəmov

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı