Modern.az

İqbal Ağazadə: “Yəqin, hesab edirlər ki, mən iqtidarın adamıyam...”

İqbal Ağazadə: “Yəqin, hesab edirlər ki, mən iqtidarın adamıyam...”

Parlament

4 May 2011, 16:52

“Yəqin, hesab edirlər ki, mən iqtidarın adamıyam”. Bu sözləri Modern.az saytına “Ümid” Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bu gün VHP-nin qərargahında dörd müxalifət partiyasının iştirakı ilə təsis edilən qrupa dəvət olunmamasının səbəblərini şərh edərkən  deyib. Millət vəkili müxalifət partiyalarından ibarət parlament deputat qrupun yaradılmasına münasibətinin normal olduğunu bildirib.

”Belə bir qrupun yaradılmasına münasibətim normaldır. Həmin qrupa mənim dəvət olunmamağımın səbəbini bilmirəm. Bunu onlardan soruşmaq lazımdır. Yəqin hesab edirlər ki, mən iqtidarın adamıyam. Bəlkə də bu qrupun nəzərincə, mən müxalifət deyiləm. Adamlar birlik yaradır. Məni dəvət etməyə borclu deyillər ki...”-deyə İ.Ağazadə qeyd edib.

Deputat bu görüşə dəvət olunmamasını normal hal kimi qiymətləndirib: ”Mənə bu görüşlə bağlı dəvət olmayıb, heç kim heç nə deməyib. Ona görə də, kiminsə qarşısında “ay aman niyə məni dəvət etməyiblər” kimi mövqeyim yoxdur”.

Qeyd edək ki, bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Milli Məclisdə təmsil olunan 4 partiya sədrinin - VHP sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılovun iştirakı ilə keçirilən görüşdə “Parlament müxalifət deputat qrupu” yaradılıb.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır