Modern.az

Bakının hansı ərazilərinə təmiz Şollar suyu verilir? - “Azərsu”dan AÇIQLAMA

Bakının hansı ərazilərinə təmiz Şollar suyu verilir? - “Azərsu”dan AÇIQLAMA

14 İyun 2017, 13:10

Sumqayıtda  150-dək uşağın kütləvi zəhərlənməsi hadisəsi içməli suyun keyfiyyəti məsələsini yenidən gündəmə gətirdi. Bu hadisə zamanı bəzi valideynlər zəhərlənmənin məhz Şollar su kəmərindən istifadə edən ailələrdə baş verdiyini iddia etsələr də, rəsmilər bununla razılaşmadılar.

Qeyd edək ki, ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin olunması üçün dövlət tərəfindən müəyyən işlər görülür. Hazırda Bakı və Sumqayıtın içməli su təminatı  bir neçə kəmərin hesabına ödənilir.

Həmin su kəmərlərindən biri də Şollardır. Şollar suyu əhali arasında ən keyfiyyətli içməli su kimi tanınır. Təxminən bir əsr əvvəl, 1904-cü ildə Abşeron yarımadasında içməli su problemini həll etmək üçün Şollar-Bakı Su Kəməri çəkilib və 1916-cı ildə ilk dəfə Bakıya təmiz içməli Şollar suyu verilib.

Ancaq sonralar Şollar suyunun keyfiyyətinə inam azaldı. Bəzi iddialara görə, hazırda bu kəmərə digər xətlər də qoşulduğundan Bakının hem bir yerinə təmiz Şollar suyu verilmir.


Bəs hazırda vəziyyət necədir? Bakının hansısa ərazilərində əhali təmiz Şollar suyu ilə təmin edilir?

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin  Mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı Modern.az saytına bununla bağlı məlumat verib. O bildirib ki, hazırda Bakının müəyyən ərazilərində əhalinin təmiz Şollar suyundan istifadəsi mümkündür:

“Təmiz şollar suyu Müşfiqabadda, Sulutəpənin,  Xırdalanın bir hissəsində mövcuddur. Bildiyiniz kimi, Bakı şəhərinin və ətraf qəsəbələrin dayanıqlı içməli su təchizatı əsasən müxtəlif relyeflerdə yerləşən su anbarları və bölüşdürücü şəbəkələr vasitəsi ilə tənzimlənir. Mənbələrdən paytaxta gətirilən su magistral xətlərlə anbarlara ötürülür və buradan şəbəkəyə paylanır. Mövcud anbarlar əhalinin dayanıqlı su təchizatının aparılması ilə yanaşı, müəyyən ehtiyatın toplanmasına da imkan verir. Sulutəpədə də  bizim böyük anbar kompleksimiz var. Orada Şollar suyu Qəbələnin suyu ilə qarışıb Bakıya daxil olur.

Hardasa 500 min nəfərə yaxın insan təmiz Şollar suyu ilə təmin edilir. Bunlar Sumqayıt, Bakı və Abşeron ərazisini əhatə edir. Qeyd edim ki, bu, təmiz şollar suyudur və Xaçmazdan gəlir”.

Günay RƏSULQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir