Modern.az

Sabir Rüstəmxanlı: “İqbal Ağazadə özü-özünü kənara qoyub”

Sabir Rüstəmxanlı: “İqbal Ağazadə özü-özünü kənara qoyub”

Parlament

5 May 2011, 15:43

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı dünən dörd müxalifət partiyasının təsis etdiyi “Parlament müxalifət deputat qrupu”na Ümid Partiyasının sədri İqbal Ağazadənin dəvət olunmamasının səbəbini Modern.az saytına açıqlayıb. VHP sədri bildirib ki, İqbal Ağazadənin qrupa dəvət olunmaması heç də təsadüfi deyil:

“Dünənki görüş bizim ilk görüşümüz deyil. Biz seçkilərdən sonra da bir qrup olaraq bir neçə dəfə görüşmüşük. Parlamentdə də söhbətlərimiz olub. Qeyd edim ki, bir dəfə belə bir görüşə biz İqbal Ağazadəni dəvət etmişdik. O, bizim görüşə dəvət olunmasına baxmayaraq, özünü kənara qoydu, iştirak etmədi. Yəni, biz onu kənara qoymamışıq, o özü kənarda qalıb. Buna görə də biz mexaniki olaraq dünənki görüşə onu dəvət etmədik”.

S.Rüstəmxanlı qeyd edib ki, İ.Ağazadə ilə şəxsi münasibətləri normal səviyyədədir və bundan sonra onunla əməkdaşlıq etməyə hazırdır.

Anar Rüstəmov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir