Maaşları verə bilməyən Liviya səfirliyi Ankaradan borc pul istədi
Günlərdir sürən üsyan və qarşıdurmalar üzündən çətin vəziyyətə düşən Liviyanın Ankaradakı səfirliyi Türkiyənin Xarici İşlər Nazirliyindən 3 milyon TL civarında maddi kömək istəyib.
Modern.az türk saytlarına istinadən bildirir ki, çətin günlər keçirən Liviya səfirliyi, öz xərclərini ödəyə bilmədiiyndən bu addımı atıb. Belə ki, Liviya səfiri artıq uzun müddətdir ki, diplomatik korpusun əməkdaşlarına maaş verə bilmir. Səfirlik Ankaranın cavabını gözlədiyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl baş nazir Ərdoğan Liviya lideri Qəddafiyə müraciət edərək səfirin vəzifədən geri çağrılmasını istəmişdi