Modern.az

Azərbaycanda zəvvarlara vəsiqə verilirmi? QMİ-dən CAVAB

Azərbaycanda zəvvarlara vəsiqə verilirmi? QMİ-dən CAVAB

18 İyun 2017, 10:40

Hər il Həcc, Məşəd, Kərbəla ziyarətinə Azərbaycandan xeyli sayda zəvvar yollanır. Hətta, 20 dəfədən artıq hacı olanlar var. 

Maraqlıdır, QMİ tərəfindən həmin zəvvarların statistikası aparılırmı?

 

Eyni zamanda, ziyarətdən qayıdan insanlara hacı, kərbəlayı, məşədi vəsiqəsi verilirmi?

 

“Məşədi Daşaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az-a deyib ki, Həcc ziyarətinə yollanan zəvvarların sayını müəyyənləşdirmək mümkün ola bilsə də, Kərbəla və Məşəd ziyarətini gerçəkləşdirən zəvvarların statistikasını aparmaq qeyri-mümkündür.

 

Qafqaz Müsəlmanları İdarəsi tərəfindən  Kərbəla və şədi ziyarət edən zəvvarların statistikası aparılmır. Ümumiyyətlə, bu barədə məlumat əldə etmək olmur. Çünki insanlar istədiyi vaxt öz hesabına yaxud damüxtəlif vasitələrlə Kərbəlaya, Məşədə gedirlər. Düşünürəm ki, onların sayı barədə heç kimdə məlumat ola bilməz. Çünki onların qeydiyyatı aparılmır deyə, statistikası da yoxdur. 

Həcc ziyarətinə gedənlərin sayını müəyənləşdirmək mümkündür. Çünki hər il QMİ tərəfindən kvota ayrılır və neçə nəfərin ziyarətdə olması bilinir. Sadəcə, həmin zəvvarların hamısı hesablanmalıdır. Çünki bir zəvvar bir neçə dəfə Həcc ziyarətində olur

 

Məscidin imam-camaatının sözlərinə görə, müqəddəs torpaqları ziyarət edən zəvvarlara heç bir halda vəsiqə verilmir.

 

QMİ-də hansısa Kərbəla, Həcc, Məşədi gedib ziyarət edən adamlara vəsiqə verilməsi məsələsi yoxdur. Konkret olaraq hansısa zəvvara filan ziyarətdə olması ilə bağlı QMİ vəsiqə vermir. Həm də vəsiqə məsələsi şərtidir. Daha çox insanlar arasında işlədilən sözlərdir. Əslində, dinimizdə Kərbəlayı filankəs, Məşədi filankəs titulu yoxdur. Sadəcə ilahiyyatçılara, din xadimlərinə hörmət əlaməti olaraq  bu cür müraciət olunur. Həm də dinə mənsubluğunu ifadə etmək üçündür. Təbii ki, din bunu qadağan etmir. Amma dinimizdə belə titullar yoxdur. Sadəcə, ziyarətdə olan insanlara hacı, Kərbəlayı kimi müraciət edilməsinə müsbət baxıram. Bu, bir növ ziyarətdə olan insana məsuliyyətini xatırlatmış olur. Adı doğrultmağa təşviq edir. Eyni zamanda, belə bir vəsiqə yoxdur ki, hansısa zəvvarın ziyarətdə olmasını təsdiq etsin

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi