Modern.az

Deputat seçicilərlə görüşüb

Deputat seçicilərlə görüşüb

6 May 2011, 10:45

Mayın 5-də deputat Novruz Aslanov İsmayıllı rayonunun Bizlan kəndində rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovla birgə sakinlərin növbəti qəbulunu keçiriblər. Qəbul kənd orta məktəbində təşkil olunub. Görüşdə icra hakimiyyətinin aparatı, yerli strukturların rəhbərləri,  kənd ziyalıları,  ağsaqqallar və gənclər də iştirak ediblər.

Qaldırılan məsələlər əsasən  kəndin icməli su problemi ilə bağlı olub. Bununla yanaşı torpaq islahatları, sosial, maddi və digər yardımlar bərədə məsələlər də diqqətə çatdırılıb.

Rayon İcra Hakimiyyəti başçısı N. Ələkbərovun çıxışından sonra deputat verilən sualları cavablandırıb. N. Aslanov sakinlərin içməli su ilə bağlı məsələsinə aydınlıq gətirərək bildirib ki, bununla bağlı müraciətinə əsasən kənddə subartezian quyusunun qazılması, dövlət başçısının təsdiq etdiyi 2008-2010-cu illərin tədbirlər planına salınmış və işin icrası «Azərsu» ASC-nə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, digər əlaqədar strukturlara tapşırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssizləri kənd ərazisində artezian quyusunun qazılması məqsədilə müvafiq yerin müəyyənləşdirilməsi üçün lazımi işləri aparmış və öz rəylərini əlaqədar qurumlara təqdim ediblər.

Deputat deyib ki, özü bununla bağlı «Azərsu» ASC-nin sabiq sədri N. Rzayevə bir neçə dəfə yazılı müraciət edib, lakin məsələ bu günə kimi açıq olaraq qalıb. N. Aslanov çoxsaylı kənd sakinlərinin müraciətini və 2010-cu ilin bitməsini nəzərə alaraq, yenidən bu məsələni qaldırıb, hətta, Prezident İlham Əliyevə və Baş Nazir A. Rasizadəyə müvafiq məktublar ünvanlayıb.

Məlumat üçün bildirək ki, daxil olan cavab məktubunda bildirilib ki, bu məsələ diqqət mərkəzindədir və müvafiq qaydada işin icrası nəzərdə tutulub.

Görüş zamanı kənddə qəza vəziyyətinə düşmüş yaşayış evi barədə deputata məlumat verilib. N. Aslanov öz növbəsində Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinə həmin evə baxış keçirilməsini və lazımi köməkliyin göstərilməsini tapşırıb. Görüşdən dərhal sonra həmin evə baxış keçirilib.





Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir