Modern.az xəbər verir ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası, təbliği istiqamətlərində görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq edilib.
Proqrama əsasən Azərbaycanın müxtəlif şəhərləri növbəti illər üçün Folklor, Sənətkarlıq, Diyarşünaslıq üzrə “Azərbaycanın Folklor Paytaxtı”, “Azərbaycanın Sənətkarlıq Paytaxtı” və “Azərbaycanın Əfsanələr Paytaxtı” elan olunacaq.
Bununla əlaqədar nəzərdə tutulmuş tədbirlər planına əsasən paytaxt seçilmiş şəhərlərdə nominasiyalarına uyğun olaraq müxtəlif mərasimlər, konfranslar, dəyirmi masalar təşkil olunacaq.