Modern.az

Erməni deputat həyəcan təbili çaldı: "Əhalinin yarısı ölkəni tərk etmək istəyir" 

Erməni deputat həyəcan təbili çaldı: "Əhalinin yarısı ölkəni tərk etmək istəyir" 

Aktual

21 İyun 2017, 17:33

“Ermənistan mühacirlər və cəzalandırılmışlar ölkəsi olmamalıdır”.

 

Modern.az saytının Ermənistan KİV-nə istinadən məlumatına görə, bunu ölkə parlamentinin “Çıxış” blokundan olan deputatı Artak Zeynalyan bildirib.

 

O deyib ki, Ermənistan dövləti yoxsulluq səviyyəsinin azaldılması istiqamətində təşəbbüs göstərmək istəmir.

 

“Bizdə iqtisadi inkişafdan çox danışılır, amma heç kim gözə çarpan nəticələri demir. Belə çətin vəziyyətdə isə psixoloji təzyiq artır”-deyə o bildirib.

 

Artak Zeynalyan bildirib ki, Ermənistanda yol hərəkəti qaydalarının pozulmasına görə təxminən 2 milyon cərimə yazılıb.

 

“Amma Ermənistan cəzalandırılmışların ölkəsi olmamalıdır. Baxın, hazırda Ermənistan əhalisinin 47 faizi, yəni yarısı ölkəni tərk etmək istəyir”.

 

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı