Modern.az

Deputat “Özünlə fəxr et”i hamı üçün örnək adlandırdı

Deputat “Özünlə fəxr et”i hamı üçün örnək adlandırdı

Aktual

21 İyun 2017, 18:08

Bu gün “Azərkitab” kitab evində əlilliyi olan yazar Samir İmanovun "Özünlə fəxr et" kitabının imza günü keçirilib.

 

Modern.az xəbər verir ki, kitabın imza günü deputat Adil Əliyevin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən Adil Əliyev Samir İmanovun yazdığı “Özünlə Fəxr Et” adlı kitabın hamı üçün örnək olmalı olduğunu deyib.

“İnsanlarımız bəzən öndə gedən 3 nəfərə baxırlar, amma geridə qalan 3 milyon nəfərə baxmaq istəmirlər. Mən hesab edirəm ki, biz arxada gedən 3 milyona baxmalıyıq. Bugünkü günümüzə baxıb şükür etməliyik. Qüsurlu olan insanlara tək onların günündə deyil, hər gün diqqət ayırmalıyıq. Həyat var, problem də var. Biz o problemlərin həlli üçün çalışmalıyıq.

Samir İmanov bir çox kitabın müəllifidir. “Özünlə Fəxr Et” adlı kitabdan görsənir ki, Samir özü ilə fəxr edir. Bunun çox böyük mənası var. Samir İmanov öz əziyyəti, zəhməti ilə bu kitabı ərsəyə gətirib.
Kitab əlilliyi olan insanlardan bəhs edir və əlillik məsələsinin müxtəlif sahələrini əhatə edən məqalələrdən ibarətdir.

 

Kitabın müəllifi Samir İmanov “Özünlə Fəxr Et”in ikinci kitabı olduğunu deyib.

“İlk kitabım da əlilliyi olan insanlarla bağlı idi.  Azərbaycanda əlilliyi olan insanlarla bağlı ilk kitab yazan mənəm. Bunu çox təəssüflə qeyd edirəm ki, əlilliyi olan insanlarla bağlı yeganə silsilə kitablar mən yazmışam. Çox istərdim ki, bu mövzudan yazan yazarlarımızın sayı artsın.

Kitabı yazmaqda əsas məqsəd, əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək, mövcud problemləri qabardaraq, onların həllinə müəyyən qədər nail olmaqdır. Və əlilliyi olan insanları cəmiyyətə düzgün şəkildə təqdim etməkdir”.

 

Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır