Modern.az

Yevlaxda qumbara partladı - bir nəfər öldü  

Yevlaxda qumbara partladı - bir nəfər öldü   

21 İyun 2017, 18:32

Yevlax sakini əl qumbarasının partlaması nəticəsində ölüb.

Bu haqda Yevlax rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, bu gün Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlunun rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə əl qumbarasının partlaması nəticəsində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!