Modern.az

Moldova prezidenti Azərbaycana gəldi 

Moldova prezidenti Azərbaycana gəldi 

21 İyun 2017, 19:00

Moldova Respublikasının Prezidenti İqor Dodon iyunun 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Moldova Prezidenti İqor Dodonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir