Modern.az

Neft hasilatının azaldılması üzrə sazişin müddəti uzadıla bilər

Neft hasilatının azaldılması üzrə sazişin müddəti uzadıla bilər

21 İyun 2017, 20:18

İranın neft naziri Bijən Namdar Zəngənə hesab edir ki, neft hasilatının azaldılması ilə bağlı OPEK və OPEK-ə üzv olmayan dövlətlərin imzaladığı saziş gələn ilin martından sonra da uzadıla bilər.

 

Modern.az-ın məlumatına görə, nazir bildirib ki, hazırda bununla bağlı OPEK ölkələri ilə məsləhətləşmələr aparırlar.

 

Qeyd edək ki, neft hasilatının azaldılması ilə bağlı razılaşma 2016-cı ilin sonunda əldə olunub.

 

Bu ilin mayında Vyanada ölkələr müqaviləni 2018-ci ilin martına qədər uzatmaq barədə razılığa gəliblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?