Modern.az

Balakəndə çətənə kolları aşkarlanıb

Balakəndə çətənə kolları aşkarlanıb

21 İyun 2017, 23:55

Balakəndə külli miqdarda narkotik bitkiləri əkib becərən şəxs tutulub.

 

Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

 

Tədbir nəticəsində rayonun Qullar kənd sakini, 1970-ci il təvəllüdlü Bayram Şəmsəddin oğlu Əmraliyevə məxsus  həyətyanı sahədə yarımçıq tikilidə 10 ədəd müxtəlif formada olan  qablarda kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən ümumi sayı 126 ədəd  narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları  aşkarlanaraq götürülüb. Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib.
 

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi