Modern.az

Boksçumuz Avropa Çempionatının yarımfinalına çıxdı

Boksçumuz Avropa Çempionatının yarımfinalına çıxdı

Aktual

22 İyun 2017, 00:44

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında Avropa çempionatında yarımfinalçıları arasında azərbaycanlı boksçu da yer alacaq.

 

Modern.az xəbər verir ki, bu gün keçirilən 1/4 final mərhələsində Azərbaycan yığmasının 5 üzvündən yalnız biri döyüşünü qələbə ilə bitirərək yarımfinala çıxıb.

 

Boksçu Kamran Şahsuvarlı (75 kq) Rio-2016-nın bürünc medalçısı Silvio Şyerle ilə qüvvəsini sınayıb. Boksçumuzun 4:1 hesabı ilə görüşü xeyrinə başa çatdırıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Şahsuvarlı iyunun 23-də baş tutacaq 1/2 finalda macar Zoltan Harcsa ilə qüvvəsini sınayacaq.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır